!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar arasında dava-VİDEO

!Reklam – Yazi

img1723026Türkiyə Böyük Millət Məclisinin iclasında deputatlar arasında dava düşüb.

Yenicag müsavat-a istinadən bildirir ki, TBMM-nin komitə iclasında Prezident sarayının tikildiyi Atatürk Orman Çiftliyi adlanan ərazi ilə bağlı müzakirələr zamanı Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri arasında fikir ayrılığı yaranıb.

Müxalifət nümayəndələri Prezident iqamətgahı olan Ak Sarayın adı çəkilən ərazidə inşa edilməsini sərt tənqid ediblər.

CHP-li millət vəkili Levent Gök Atatürk Orman Çiftliyi ərazisinin yağmalandığını eyib: “Bu, Atatürkün mirasına xəyanətdir”.

Onun sözünü kəsən AKP-li millət vəkili Osman Ören isə əslində CHP-nin xəyanətkar olduğunu deyib: “30 ildir ölkənin cənub-şərqində ağaclar kəsilir, ona səsinizi çıxarmırsız. İndi burada 3-5 ağac kəsilib, onu xəyanət kimi qələmə verirsiz”.

Bundan sonra millət vəkilləri arasında dava başlayıb. Millət vəkilləri bir-birilərinə ağır təhqirlər səsləndiriblər.

Onu da qeyd edək ki, Türkiyə parlamentində bu cür davalar tez-tez olur.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu dövrdə tikdirməyə başladığı, təxminən 1000-dən çox otağı olan Ak Saray ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Prezidentin bu addımı bir çox adamın və ana müxalifətin tənqidinə səbəb olub.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv