!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar Aydın Əliyevə çağırış etdilər: "İddiasını geri götürsün"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev Azxeber.com informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib və onların həbsini tələb edir.

Baş verən hadisə cəmiyyətdə böyük narazılıqla qarşılanıb. Milli Məclisin deputatları da məsələyə münasibət bildiriblər.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, məmurlar jurnalistlərə qarşı məhkəmə iddialarından çəkinməlidirlər: “Hər hansı məmurun fəaliyyətinin ictimai müzakirəyə çıxarılması tamamilə təbii hadisədir. Yaxşı olar ki, buna görə jurnalisti məhkəməyə verən məmur əvvəlcə ittiham olunduğu məsələyə aydınlıq gətirsin və yazılanların əsassız olduğunu sübuta yetirsin. Şübhəsiz məhkəməyə müraciət etmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən məmurun da konstusion hüququdur. Bir halda ki, məqalə saytdan çıxarılıb və təkzib edilib, bu halda həbs israrına ehtiyac yoxdur. Mən Aydın Əliyevi iddiasını geri götürməyə və barışığa dəvət edirəm”.

Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas məqalə ilə tanış olduğunu, həmin yazıda təhqir elementi olmadığını söylədi: “Mən o məqaləylə tanış olmuşam. O yazıda təhqir yox, tənqid elementləri var. Yəni heç bir məhkəmə perspektivi yoxdur. Hacıbəy Heydərlini çox yaxşı tanıyıram. Olduqca mədəni, dövlətə və onun rəhbərinə sədəqətli, gözəl perspektivi olan bir gəncdir. Onu tutdurmaq niyyəti Aydın Əliyevə başucalığı gətirmir. Onsuzda Hacıbəyi və həmkarını tutmayacaqlar. Çünki buna hüquqi zəmin yoxdur”.

www.yenicag.az

1605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv