Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatlar bu gün toplaşır

Reklam: Sinerji Pro

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.

“Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

www.yenicag.az

108
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100