Deputatlar bu gün yeni ombudsman seçəcəklər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında, 2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edəcək.

Ümumilikdə iclasın gündəliyinə 22 məsələ daxildir.