Deputatlar növbədənkənar sessiyaya toplaşır – Milli Məclis tarixində bir İLK

İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı bildirilir.

Yenicag.az xəbər verir ki, bu məlumatı parlamentin deputatı Fazil Mustafa da təsdiq edib (haqqın.az).

Millət vəkilinin sözlərinə görə, iyul ayında parlamentin növbədənkənar sessiyasının çağırılması ilk dəfə baş verir. Bununla belə, deputat növbədənkənar sessiyanın gündəliyi haqda məlumatının olmadığını deyib.