İraq parlamenti çevriliş cəhdi olaraq dəyərləndirilən müstəqillik referendumunun təşkilində iştirak edən kürd millət vəkillərinin növbəti sessiyaya qatılmasına icazə verməyib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Milli İraq İttifaq Koalisiyası və kürd deputatlar arasında baş verən gərginliyin nəticəsində ikinci tərəf məclisdən qovulub. Məlumata görə, 25 sentyabrda keçirilən referendumda iştirak edən millət vəkillərinin səlahiyyətləri dondurulub. Həmin şəxslərin federal məhkəməyə verilməsi ilə bağlı qərar qəbul edilib.