Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Astana şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Milli Məclisin deputatları beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.