Deputatlar Rusiyaya qarşı çıxdılar

AFBFA872-52A8-4C10-B6C5-E69FF0863257_mw800_mh600_shAvropa Şurasının Parlament Assambleyasında parlamentarilər Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını istəyiblər.

Bu təşəbbüslə Böyük Britaniyadan olan təmsilçi Robert Uolter çıxış edib. O, Rusiyanın AŞPA-dakı səlahiyyətlərinə etiraz edib.

Bildirib ki, sözügedən ölkə AŞPA-nın əsas prinsiplərini ciddi şəkildə pozur və öhdəliklərini yerinə yetirmir.

30 parlamentari Uolterin etirazını dəstəkləyib.

Qeyd edək ki, AŞPA-da bir ölkənin səlahiyyətlərinin dayandırılması üçün 5 ölkədən olan və 2 siyasi qrupu təmsil edən 30-dan çox adam səs verməlidir.

Rusiya tərəfi isə qış sessiyasında səlahiyyətlərinin dayandırılacağı təqdirdə etiraz edəcəklərini bəyan ediblər.