Deputatlar yumruq davasına çıxdı

80021Yenicag.az xəbər verir ki, Ukraynanın Ali radasında deputatlar davaya çıxıb. Yenicag.az xəbər verir ki, dava “Batkovşiyı” və “Samopomişı” partiyalarının deputatları arasında düşüb.
İclas zalının qarşısındakı əlbəyaxa dava kameralara düşüb.

Görüntülər internetdə yayılandan sonra Vadim İvçenko ilə Yeqor Sobolyev arasındakı münaqişə üzə çıxıb.

Deputatlar dalaşan həmkarlarını təəccüblə seyr ediblər. Deputatlara arasında dava-dalaşa səbəb isə bir qanun layihəsində yaranmış fikir ayrılığı olub.

Ali Radanın spikeri deputatların cəzalandırmasını tələb edib. Onlara 5 gün iclaslarda iştirak qadağası qoyulub.

Bu Ukrayna radasında qeydə alınan ilk hal deyil. Məsələn, fevralın 11-də “Radikal Partiya”nın lideri olan Oleq Lyaşko tribunadakı prezident Petro Poroşenkoya hücum edib.