!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar yumruqlaşdı – Türkiyə BMM-də dava – Video

!Reklam – Yazi

13120609_1166131473420990_829627065_oedfTürkiyə Böyük Millət Məclisində millət vəkilləri arasında əlbəyaxa dava baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dava bir sıra millət vəkillərinin toxnulmazlıq hüququndan məhrum edilməsi barədə debatlar zamanı AKP-li millət vəkilləri ilə HDP-li millət vəkilləri arasında yaşanıb. Bəzi millət vəkilləri dava əsnasında yaralandığı üçün müzakirələrə ara verilib.

Məlumata görə, ilk öncə ədliyyə naziri Bekir Bozdağ keçən həftə yaşanan dava görüntülərini tənqid edib. O, bu görüntülərin vəkillərə yaraşmadığını bildirib. Bundan sonra HDP-li millət vəkili Garo Paylan “şər atırsınız” deyib və komissiyada gərginlik yenidən artıb. Bəzi deputatlar birbirlərinə plasmas butulkalar atıblar. Millət vəkilləri isə həmkarlarına təpik atıb, yumruqlaşmağa başlayıblar. Dava uzun müddət davam etdiyi üçün Komissiya sədri Mustafa Şentop toplantıya bir müddət ara verib.

Xatırladaq ki, ötən həftə də eyni mövzuda aparılan debatlar zamanı Türkiyə parlamentində dava baş vermişdi.

https://youtu.be/nz16ysxJLPg

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv