!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlara verilən kirayə pulu ilə bağlı təklifə ETİRAZ: "...Sosial gərginlik getdikcə artacaq"

!Reklam – Yazi

“Deputatlara tövsiyə edərdim ki, öz maraqlarına xidmət edən təkliflər səsləndirməsinlər”.

Bunu evi olmayan millət vəkillərinə verilən kirayə pulunun məbləğinin artırılması ilə bağlı təklifin cəmiyyətdə birmənalı qarşılanmamasının səbəblərini izah edən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Sabiq deputata görə, deputatlar öz sosial təminatlarını düşündükləri kimi, əhalinin də vəziyyətini nəzərə almalıdır və xalqın maraqlarına uyğun təkliflər irəli sürməlidirlər:

“Bu məsələyə münasibətim xalqın münasibətindən fərqlənmir. Parlament seçkilərində deputatlardan daha çox əhalinin sosial-iqtisadi vəziyyətinin müzakirə olunması daha məqsədəuyğundur. Hər hansısa qərar qəbul edilməsə də, ən azı bu məsələnin müzakirəsi əhalinin gözləntilərindən biridir. Deputatların maaşı və sosial təminatı ilə bağlı müzakirələrin qıcıq doğurması normaldır. Düzdür, digər ölkələrdə müqayisədə Azərbaycan deputatlarının sosial təminatı heç də yüksək deyil. Sadəcə olaraq ölkənin ümumi sosial vəziyyəti, pensiyaların kəsilməsi, əlillik dərəcələrinin şərtlərinin sərtləşdirilməsi, işsizlərin çoxluğu fonunda deputatlarla bağlı təkliflər əhalinin narazılığına səbəb olur. Deputatlara tövsiyə edərdim ki, öz maraqlarına xidmət edən təkliflər səsləndirməsinlər. Ən azından sosial vəziyyəti daha da pis olan vətəndaşlar nəzərə alınmalıdır. Deputatlar oxşar təkliflər verməyə davam edərsə, sosial gərginlik getdikcə artacaq”.

Gülşən Şərif

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv