Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqlanıb.
Yenicag.az xəbər verir ki, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmadığını deyib.
Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.