Reklam: High Technic
hightechnic

"Deputatların orduda baş verənlərdən xəbəri yoxdur" - Fazil Mustafa

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 2-ci oxunuşu keçirilir.

Yenicag.az xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov həmin qanun layihəsini 1-ci oxunuşdan sonra qəbul olunması üçün səsə qoyub və deputatlar tərəfindən bəyənilib.
İlk olaraq çıxış edən deputat Fazil Mustafa Silahlı Qüvvələr üzərində nəzarətin gücləndirilməsi məsələsinin keçirilən iclasda yer almasının zəruriliyini bildirib.

Fazil Mustafa

Millət vəkili qanun layihəsinin 15-ci maddəsini əsas götürərək, Silahlı Qüvvələr üzərində nəzarət məsələsinin səlahiyyət kimi sadəcə prezidentə və ali icra hakimiyyəti orqanına verilməsi məsələsini qabardaraq, Milli Məclisin də bu məsələdə rolunun vacibliyini qeyd edib:

“Silahlı Qüvvələr üzərində nəzarətin prezidentə verilməsi o demək deyil ki, prezident birbaşa bu işlə məşğul olmalıdır. Məsələ ali icra hakimiyyəti orqanlarının funkiyasına daxildir və bu da öz növbəsində bölüşdürülüb. Həmçinin, həmin səlahiyyətin bir hissəsi də Milli Məclisə verilə bilər.
Ümumiyyətlə, dövlət Silahlı Qüvvələrə və digər güc strukturlarına nəzarət etməyəndə müəyyən neqativ hadisələrin yaranmasına səbəb olur. Əsasən də müharibə vəziyyətində olan ölkənin ordusunda yaranmış vəziyyəti bilmək millət vəkillərinin haqqıdır və ən azından qapalı iclaslarda bu barədə onlara məlumat verilməlidir.

Məsələn, Penitensiar xidmətə nəzarət olmadığına görə, olduqca arzuolunmaz hadisələr baş verir, məhbuslar qaçır və intihar edir. Bu halların qarşısının alınması məqsədilə deputatlara da nəzarət səlahiyyəti verilməlidir”.

Araz Zeynalov

www.yenicag.az

1307