Deputatlığa namizəd Anar Əsədlinin seçicilərlə görüş STATİSTİKASI

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Anar Əsədlinin təşviqat kampaniyası çərçivəsində həyata keçirdiyi görüşlərin statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, deputatlığa namizəd Anar Əsədli 17-30 yanvar aralığında Bakı, Sumqayıt, Xırdalan, Sabirabad, Şirvan və Hacıqabulda seçiciləri ilə şoxsaylı görüşlər keçirib.

O, bu sırada 842 evi ziyarət edib, qapalı tədbirlərdə və eyni zamanda, məhəllələrdə 963 seçicisi ilə görüşüb.

Anar Əsədlinin Bakı və Sumqayıt şəhərlərində keçirdiyi görüşlərdə iştirak edən seçicilərin sayı isə 415 nəfər təşkil edib.

Deputatlığa namizədin qeyd olunan müddətdə keçirdiyi görüşlərdə ümumilikdə 5 min 167 seçici iştirak edib. 20 Yanvar tarixində seçicilərlə görüş keçirilməsə də, şəhid ailələri ziyarət edilib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin seçki komandasında Təşəbbüs Qrupunun üzvlərinin sayı 52, Seçki qərargahları üzvlərinin sayı 46, vəkillərin sayı 9, səlahiyyətli nümayəndələrin sayı 10, könüllülərin sayı 94, müşahidəçi və məşvərətçilərin sayı isə 118 nəfərdir.

331 nəfərdən ibarət seçki komandasının üzvləri üçün 15 təlim keçirilib.

 

COP29