Deputatlığa namizəd Əhməd Şahidov şəhid ailəsini ziyarət etdi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, Qax rayonu Qaxbaş kəndində Şəhid Əfəndi Səfərovun ailəsini ziyarət edən Əhməd Şahidov Azərbaycan uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib və onların əziz xatirəsini yad edib.

Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.

COP29