Avqustun 13-də 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayeva şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb.
Görüşdən əvvəl namizəd Gülşən Paşayeva vəkilləri və könüllülərlə birgə Binə Şəhidlər Xiyabanını ziyarət edib.
Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binə Mədəniyyət Mərkəzində təşkil edilən görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xairəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Namizədin vəkilləri çıxış edərək Gülşən Paşayevanın peşəkar fəaliyyətindən, ölkəmizin mənafeyi naminəbeynəlxalq münasibətlər sahəsindən gördüyü işlərdən, Vətən müharibəsi dövründə aparılan informasiya mübarizəsində aktiv işitrakından, eyni zamada uzunmüddətli pedaqoji fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, namizədin təhsilin inkişafına olan xüsusi diqqəti seçkilərdə uğur qazanacağı halda bu sahədə problemlərı olan Binə qəsəbəsi üçün mühim addımlar atacağına böyük ümid vəd edir.
Sonra çıxış edən Güşən Paşayeva iştirakçıları seçki platforması ilə tanış edib, millət vəkili seçiləcəyi təqdirdə həllini prioritet hesab etdiyi məsələlərdən, üzərinə düşəcək vəzifələrdən danışıb. Prezident İllham Əliyevin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlət tərəfindən həssas əhali qruplarına, xüsusən də şəhid ailəsi üzvləri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edən Namizəd qeyd edib ki, seçicilərin etimadını qazanaraq yeni formalaşdırılacaq Milli Məclisdə 13 saylı Xəzər ikinci seçki dairəsini təmsil edəcəyi halda ərazi üzrə yaşayan şəhid ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçılarının sosial təminat hüquqlarını, qarşılaşdıqları problemləri daim nəzarətdə saxlayacaq.
Görüş şəhid valideynlərinin çıxışları ilə davam edib. Onlar Binə və Qala qəsəbəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində yeni seçiləcək millət vəkilinə böyük ümid bəslədiklərini diqqətə çatıdırıb və seçki marafonunda Gülşən Paşayevaya uğurlar arzulayıblar.
Sonda görüş iştirkaçıları dinlənilib və onları narahat edən məsələlərin qeydiyyatı aparılıb.