Deputatlığa namizədlər medianın imkanlarından necə yararlanacaqlar? – SORĞU

Yenicag.az sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürənlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində ödənişli medianın imkanlarından nə qədər istifadə edəcəkləri ilə bağlı sorğu keçirib.

Sorğumuzu hələ ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin siyahısında yer alan 61 saylı Qusar seçki dairəsindən Azər Badamov və 26 saylı 1-ci Sabunçu seçki dairəsindən Fazil Mustafa cavablandırıb.

Belə ki, Azər Badamov təbliğat-təşviqat kampaniyasını YAP-ın keçirəcəyini, Fazil Mustafa isə yalnız dövlətin yaratdığı şəraitlə kifayətlənəcəyini və ödənişli medianın imkanlarından istifadə etməyəcəyini, birbaşa görüşlərlə kampaniyanı aparacağını qeyd edib.

Nəsimi Ələsgərli

COP29