Deputatlığa namizədlər təşviqata başladı

18-300x180Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib.

Bu gündən parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər.

Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış – 31 oktyabr saat 08:00-a qədər davam edəcək.

Xatırladaq ki, indiyədək 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb(trend).