Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatlığa namizədlərin birgə BƏYANATı - "Seçkinin rəsmi nəticələrini tanımırıq"

Reklam: High Technic

28 saylı Sabunçu III Seçki Dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçkiöncəsi şəraitin bütün namizədlər üçün bərabər olmadığını, seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntularını – karuselləri, topa şəkildə bülletenlərin seçki qutularına atılmasını, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılmasını, müşahidəçilərə fiziki və psixoloji təzyiq göstərilməsini, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə qəsəbə nümayəndəliyindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakını, bülletenlərin sayılması prossesindən müşahidəçilərin kənarlaşdırılmasını və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsini əsas gətirərək seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edirik.

Total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən 9 Fevral seçkisi heç bir halda vətəndaşların azad iradəsini ifadə etmədiyi üçün nəticələrin ləğvini və təkrar seçki keçirilməsini tələb edirik.

1. Süleymanlı Aygün Yunus qızı
2. Abdullayeva Cəmilə Sabir qızı
3. Poladzadə Tahir Əhəd oğlu
4. Vəkilov Səməd Mustafa oğlu
5. Sadıqova Mehriban İbrahim qızı
6. Hüseynova Zərifə Hüseynəli qızı

Loading...

www.yenicag.az

741
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100