Dünyanın ən qədim şəhərlərindən olan Dərbənd şəhərinin bu gün 2000 illiyi qeyd edilir.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Dağıstan Respublikasında bununla bağlı mərasim təşkil olunacaq.
Mərasimə 5 minə yaxın insanın qatılacağı gözlənilir.
Dağıstan rəhbərliyi bəyan edib ki, yubiley mərasimində Rusiyanın müxtəlif regionlarından və xaricdən 40 nümayəndə heyəti qatılacaq. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, o cümlədən İranın, Türkiyənin və Tacikistanın və digər ölkələrin Rusiyadakı səfirləri artıq tədbirdə iştiraklarını təsdiq ediblər.
Gün ərzində şəhərin Azadlıq meydanında ənənəvi festival keçiriləcək. Bayramın ən mühüm hadisəsi “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kremlin darvazasına qədər” 1000 illik musiqili teatr xronikası olacaq. Şouya qala sərhədlərindən kənarda da baxmaq mümkün olacaq. Bunun üçün şəhərin müxtəlif hissələrində LED-ekranlar quraşdırılacaq və birbaşa yayım təşkil ediləcək.