Serbiya çempionatının 22-ci turunda keçirilən “Partizan” – “Srvena Zvezda” matçında kütləvi dava qeydə alınıb.
Yenicag.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunun ilk hissəsində əzəli rəqiblərin azarkeşləri arasında dava düşüb.
Polisin müdaxiləsi nəticəsində qalmaqala səbəb olanlar stadiondan kənarlaşdırılıb.