Derbidə qalib olmadı

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçında qalib müəyyənləşməyib.

Yenicag.az xəbər verir ki, İstanbul derbisi 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıb. Matçında 40-cı dəqiqəsində Rayan Babel adını tabloya yazdırıb. Oyunda son qolu isə Andre Ayev 71-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Beşiktaş”ın 11, “Fənərbaxça”nın isə 7 xalı var.