!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman içmədən təzyiqi necə aşağı salmaq olar? - 6 məsləhət

!Reklam – Yazi

Həkim dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu məsləhətlər vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir. Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Yenicag.az xəbər verir ki, son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verilməsi barədə söhbətlər tez-tez eşidilir. Rusiyalı mütəxəssis, terapevt-kardioloq Olqa Aleksandrova bildirib ki, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.

DASH-pəhriz. Qidalanmanın bu növü təzyiqi aşağı salma vasitəsi kimi Ürək və Ağciyər Xəstəlikləri Milli İnstitutu tərəfindən qəbul edilib. Pəhrizin böyük hissəsini tərəvəz və meyvə, kəpəkli taxıl məhsulları təşkil edir. Bu zaman qırmızı ət və şirniyyatların qəbulu xeyli azaldılır. Həmçinin yağsız süd məhsulları, quş və balıq əti qəbul etmək məsləhətdir. DASH-pəhrizin köməyi ilə orta hipertoniyalı pasiyentlərin təzyiqini 14 gün ərzində normallaşdırmaq mümkündür.

Fiziki aktivlik. Həkim təzyiqin nəzarətdə saxlanılması üçün ən sadə və effektli üsul kimi orta tempdə kardioyüklənmələrdən (piyada gəzmək, rəqslər, lift əvəzinə pilləkəndən istifadə etmə) istifadə etməyi məsləhət görür.

İstirahət. Sağlamlıq üçün sərbəstlik anları, mühafizəkar hadisə və işlərdən uzaqlaşmaq çox vacibdir. Elə hərəkət etmək lazımdır ki, qısa müddətdə öz fikrindən əl çəkməyə, emosional şəkildə “yüklənmə”yə nail olasan. Məsələn, həkimin sözlərinə görə bu məqsədlər üçün meditasiya, təkbaşına gəzinti daha uyğundur.

Bədən çəkisinə nəzarət. Artıq çəkidə, xüsusən onun yüksək əmsalı zamanı arıqlamaq mütləqdir. Tosqunluq praktik olaraq yüksək təzyiqi təmin edir.

Həkim, həmçinin alkoqoldan imtina etməyi və duzdan minimum istifadəni tövsiyə edib. Aleksandrova xatırladıb ki, yüksək təzyiq zamanı alkoqol insult əmələ gətirə bilər.

www.yenicag.az

8804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv