!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman qiymətləri ilə bağlı qadağa qüvvəyə mindi

!Reklam – Yazi

derman1476441592Azərbaycada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan edilib.

“Dərman vasitələri haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.

Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquq və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq.

Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur.
Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv