Tibb müəssisələrinin dərman satışı ilə bağlı yeni qadağa müəyyən edilir.
Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.