Resept olmadan buraxılan dərman vasitələrinin reklamı ilə bağlı yeni qayda müəyyən edilir.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi resept olmadan buraxılan dərman vasitələrinin reklamı üçün müvafiq təsdiqedici sənədlər təqdim etməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./unikal