!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərmanlar dolların kursuna uyğun satılacaq - YENİ QAYDALAR

!Reklam – Yazi

Bundan sonra Bakıda və Azərbaycanın digər şəhərlərində satılan dərmanların qiyməti birbaşa dolların məzənnəsindən asılı olacaq. Yeniçağ.Az  xəbər verir ki, Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsi barədə yeni qaydaları təsdiq edib.

həmin qaydalara görə, dərmanların qiymətini Tarif Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Özü də ticarət marjası alış qiyməti artıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marcası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan yuxarı isə 11 faiz olacaq.

Yeniçağ.Az

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv