!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərmanlar yeni qiymətlərlə satılacaq

!Reklam – Yazi

siaphoto_498452Sentyabrın 15-dən Azərbaycanda dərmanlar yeni qiymətlərlə satılacaq.

Bu artıq məlumdur. Qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, indidən bir sıra apteklərdə tarif şurasının təsdiqlədiyi qiymətlərin tətbiqinə başlanılıb.29 qəpik, 1 manat 68 qəpik, 1 manat 88 qəpik. Bunlar dərmanların dövlət tərəfindən təsdiqlənən yeni qiymətləridir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirdi ki, vahid qiymətlərlə bağlı qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, indidən bu sahədə dəyişiklik müşahidə olunur.Çəkiliş apardığımız bəzi apteklərdə qiymətlərin endirildiyinin şahidi olduq. Ən çox alınan antibiotiklər və ağrıkəsici dərmanlar ucuzlaşıb. Yeni vahid qiymətlər dərmanların üzərinə yapışqan kağızlarla yox, çap olunmuş formada həkk olunub.Vətəndaşlar arasında apardığımız qısa sorğu nəticəsində məlum oldu ki, erkən endirimlərdən xəbəri olan da var, olmayan da. Qeyd edək ki, sentyabrın 15-dən 1057 adda dərman vasitəsi Tarif Şurası tərəfindən müəyyən edilən vahid qiymətlərlə satılmalıdır.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv