Sibirdə yaşayan loğmanlar xalq təbabətini yaxından araşdıraraq, dərmanları əvəz edən müxtəlif reseptlər tərtib ediblər.
Qədim Sibir resepti olan orqanizmə sağaldıcı və möhkəmləndirici təsir edən möcüzəvi qarışımı təqdim edirik:
Tələb olunanlar:
• 1 kq qarabaşaq yarması
• 1 kq qoz ləpəsi
• 0,7 kq çiçək balı
Hazırlanması:
Qarabaşağı və qozu qəhvəüyüdəndən keçirin. Üzərinə bal tökərək qarışdırın və soyuducuya qoyun.
İstifadə edəcək insanların sayından asılı olaraq miqdarı artıra bilərsiniz.
Qarışımdan gündə 3 dəfə 30 gün boyunca istifadə edin.
Ürək xəstəlikləri olanlar reseptə ət maşınından keçirilmiş kişmiş və qaysı qurusu da əlavə edə bilərlər.
Qarabaşaq yarması – tərkibi makro və mikroelemetlərlə, vitaminlərlə və dəmirlə zəngindir.
Bal – bu təbii məhsul hüceyrə səviyyəsində orqanizmə bərpaedici təsir göstərir.
Qoz – tərkibi doymuş yağ turşuları ilə zəngindir.