Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilməlidir.
Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.
Onun sözlərinə görə, 1-5-ci sinif şagirdlərinin dərslikləri 1-15 sentyabr tarixlərində məktəblərə geri qaytarılmalıdır. Digər siniflərdə isə dərsliklərin qaytarılması 1-15 iyun tarixlərində həyata keçirilməlidir.