Dərsliklərin son qaytarılma TARİXİ

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinin yekununa dair orta məktəblərdə təhsil alan şagirdlərə verilən dərsliklərin geri qaytarılması vaxtını açıqlayıb.

Nazirliyin mətbuat xidmətidən Yenicag.az-a bildirilib ki, təhsil qaydalarına əsasən yay məktəblərində iştirak edən şagirdlər dərsliklərini yay məktəbinin son günü qaytaracaqlar:

“Yay məktəblərində iştirak etməyən şagirdlər isə dərslikləri dərs ilinin sonuncu dərs günü təhvil verəcəklər. Dərsliklər sonuncu dərs günü iyunun 14-də məktəblərə geri qaytarılmalıdır”.