Dərzi sexində YANĞIN

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan dərzi sexinin içərisində əşyalar 4 m² sahədə və 1 ədəd tikiş maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.