Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dəstək olaq” 1 yaşını onlarla birlikdə qeyd etdi - FOTOLAR

“Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatı qurumun 1 yaşını özünəməxsus şəkildə valideyn himayəsindən məhrum uşaqlarla birlikdə keçirib.

Yenicag.az xəbər verir ki, Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində baş tutan xeyriyyə tədbirində “Dəstək olaq”ın təmsilçiləri uşaqları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik ediblər. Tədbirdə sənətçilər- Şəbnəm Qəhrəmanova, Nicat Cəfərzadə, Rəsul Əfəndiyev konsert proqramı ilə çıxış edib, uşaq evinin körpə sakinləri isə bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Sonra Yeni ilin əsas simvolu olan Şaxta baba, Qar qız və digər personajlar uşaqların sevincinə şərik olublar.

Xeyriyyə tədbirində çıxış edən “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatının sədri Aşura Hüseynova bildirib ki, rəhbərlik etdiyi qurum fəaliyyətdə olduğu 1 il müddətində uşaq və gənclər üçün bir sıra mədəni tədbirlər, xeyriyyə aksiyaları keçirib. O qeyd edib ki, “Dəstək olaq” eyni zamanda bir sıra istedadlı gənclərin ideyalarının gerçəkləşməsinə dəstək verib: “Belə qərara gəldik ki, “Dəstək olaq”ın 1 yaşını da elə təşkilatımızın məqsədinə uyğun bir şəkildə, yəni bizim mənəvi dəstəyimizə ehtiyacı olan uşaqların əhatəsində keçirək”

Aşura Hüseynova qeyd edib ki, bugün uşaqlar, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub: “Dövlətimiz uşaqların sosial-hüquqi müdafiəsinin daha gücləndirilməsi üçün mühüm layihələr həyata keçirir. Gənclər olaraq, bizlər də çalışırıq ki, hər zaman bu gözəl uşaqları sevindirək, onların simasında təbəssüm yaradaq. Düşünürəm ki, bu hamımızın insanlıq və vətəndaşlıq borcudur. Bizlər uşaqları yalnız bayramlarda deyil, hər zaman diqqət mərkəzində saxlamalıyıq”.

Digər qonaqlar da uşaqları bayramlar münasibəti ilə təbrik edərək, ötən bir il ərzində “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatının bir illik fəaliyyətini müsbət qiymətləndiriblər.

Sonda isə valideyn himayəsindən məhrum uşaqlara Şaxta Baba və Qar Qızın təqdimatında hədiyyələr təqdim olunub.

Qeyd edək ki, xeyriyyə tədbirinə Xətai rayon İcra Hakimiyyəti və “BüyükFırat” Restoranlar şəbəkəsi də dəstək verib.

www.yenicag.az

2845
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100