Devid Bekhem boşanır?: “Uzun müddət evli olmaq ağır məsuliyyətdir”

19 ildir evli olan Viktoriya və Devid Bekhem cütlüyü boşana bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ingiltərə KIV-də məlumatlar yayılıb.

Bir müddətdir yayılan boşanma xəbərlərinə qarşılıq kamera önündə səmimi və mejriban hərəkət edən cütlük ötən gün yenidən gündəm olmağı bacarıb. Belə ki, Viktoriyanın Devid Bekhemə sevgisinin sinvolu sayılan və belinə yazdırdığı yazının silinməsi jurnalistlərin gözündən qaçmayıb.

Həmin yazıda “Mən sevgilimə, sevgilim mənə aiddir” şəklində cümlə qeyd edilmişdi. Yazının silinməsi boşanma iddialarını yenidən gündəmə gətirib.

Qeyd edək ki, Avstraliya televiziyalarından birinə açıqlama verən Devid Bekhem, “Bu qədər uzun zaman evli olmaq çox ağır bir məsuliyyətdir. Vəziyyət zaman keçdikcə daha qarışıq bir hala gəldi” – deyə açıqlama verib.

COP29