Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Dəxli yoxdur, cəzalandırılacaq” - Yol polisindən futbolçunun “avtoş”luğuna REAKSİYA/VİDEO

Reklam: High Technic

“Səbail” komandasının futbolçusu Eltun Yaqublu bu dəfə “avtoş”luqla diqqət mərkəzinə düşüb.

Yenicag.az xəbər verir ki, “Səbail”in kapitanı Eltun Yaqublu komanda yoldaşı Ağabala Ramazanovun toy məclisindən çıxarkən, avtomobili ilə “yüksək pilotaj” nümayiş etdirib.

Yaqublunun bu hərəkətini əks etdirən video sosial şəbəkələrdə yayılıb və futbolçu istifadəçilərin sərt tənqidlərinə məruz qalıb.

Yenicag.az-a açıqlamasında futbolçunun avtoxuliqanlıq hesab olunan davranışına münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov futbolçunun cəzalandırılacağını bildirib:

“Kimliyindən, vəzifəsindən asılı olmayaraq, yol hərəkəti qaydalarını pozan hər bir şəxs məsuliyyətə cədb edilib, edilir və ediləcək. Dəxli yoxdur, məşhur idmançıdır, Vaqif Əsədovdur, müəllimdir, ya başqa peşə sahibi.

Dediyiniz hadisə ilə bağlı hələ ki, mənə məlumat verilməyib. Lakin bu görüntülər sosial şəbəkələrdə yayılbsa, demək ki, artıq həmin hadisə ilə bağlı ölçü götürülməsinə başlanılıb.

Sürət həddini aşıb, avtoşluq edibsə, həmin şəxs cəzalandırılacaq. Başqa cür ola da bilməz”.

Cəvahir

www.yenicag.az

4230
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM