“Kaş onun əlindən öpəydim ki, nə qədər düz demisən. İndi yaxşılıq etmək lazım deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Göydəndüşmə” verilişində deyil.
Sənətçi yaxşılığa layiq ola bilməyən nankor adamlardan danışıb:
“İndi insanlara yaxşılıq etmək lazım deyil. Mənim bir dostum var idi, uzun illər əvvəl mənə demişdi ki, görsən, bir adam batır, əlini uzatma, başından bas, batsın. O zaman həmin adama məəttəl qalmışdım ki, necə yəni, batan adama kömək etmək lazım deyil? Kaş onun əlindən öpəydim ki, nə qədər düz demisən. İndi yaxşılıq etmək lazım deyil. Söz ağızdan çıxırsa, o sözü deyib edə bilmirsənsə, heç vaxt kişilikdən danışma. Onu yerinə yetirmək lazımdır. Həyatdır, bir gün-iki gün işin alınmaz. Amma bütün yaxşı oğlanlara deyirəm ki, ağızdan çıxan sözü yerinə yetirsin. Çünki adamı incidib pis vəziyyətə salmazlar”.
Nehru