!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyişikliyə dirənənlər və ya Reyestr nədən nizələrin hədəfindədir? - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Bu, aksiomadır: istənilən dəyişiklik nizəylə qarşılanır. Məsələn, manufaktura dövründə insanlar əvvəlki dövrün davam etməsi üçün aparatları sındırırdılar. O baxımdan, Media Reyestri ilə bağlı bir ildən bəri dinməyən, zaman-zaman enib-qalxan ajiotaj anlaşılandır.

Bu məsələ ilə bağlı çox arqument səsləndirmək olar. İslahat demək olar, yenilik demək olar, peşəkarlığa dəvət adlandırmaq olar. Ancaq qarşı tərəfdən baxdıqda onlar bunu necə görür, əsas problem ondadır.

Media haqqında qanunu istədiyin qədər anlat, qarşı tərəf anlamaq istəyirmi? Əsas məsələ budur!

Reyestrin sıravi jurnalistə faydasından, İnzibati Məcəlləyə dəyişikliyin qanunauyğunluğundan bəhs et, qarşı tərəf qulaq tıxadısa, ermənilərin yeni bacısı farslar demişkən, çefayda!

Əslində, məsələ sadədir: Azərbaycan mətbuatı 2006-2019-cu illər arası Osmanlının Fetrət Dövrünü yaşayıb. Bütün “stavka” yuxarının seçdiyi bir qrupa olunub, digərləri isə ya mətbuatdan çəkilib, ya da özlərini ayaqda saxlayacaq xırda güzəran qurublar.

İndi isə Azərbaycanda bir şeylər dəyişir. Bu dəyişimdən narahat olanlar dünənə qədər hər istəyi gerçəkləşənlər deyil, həm də öz kiçik dünyalarını quranlardır.

Hər zaman masanın başında olanların yenə də ön sırada olması həmişə müzakirə olunsa da, bu günün mövzusu deyil. Bu gün problem sahibi öz kiçik dünyalarını təhlükədə hiss edənlərdir. Onları anlamaq da çətin deyil. Çünki fəaliyyətini yeni qanunvericiliyə uyğunlaşdırmaq ağırlarına gedir. DSMF, mənfəət vergisi və s. onlar üçün artıq “rasxod”dur. Bunun üçün heç bir maddəsini belə oxumadıqları Media Qanununu qəbul etmək istəmirlər. Bu səbəbdən illərdən bəri Ədliyyə Nazirliyinin həyata keçirdiyi reyestrin MEDİA-nın həyata keçirməsinə dözümsüzlük göstərirlər.

Halbuki artıq mediada Dövlət Dəniz Administrasiyası ilə Hərbi Dəniz Qüvvələrini qarışdırmaq bahasına kamikadze hücumları etmək yerinə, dialoq imkanları var. Məncə, problemləri çözmək üçün danışmaq və nöqsan sayılan hansısa məqamlar varsa, onun müzakirəsini aparmaq lazımdır.

Yəni məqsəd bağbanı döymək deyilsə, çıxış yolu hər zaman var. Təbii ki, şəxslərin deyil, qanunun kölgəsində…

www.yenicag.az

2025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv