!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DGK akademiyasında Xocalı qurbanları anıldı

!Reklam – Yazi

865e745a3adc036619f22a7082b936a2Dövlət Gömrük Komitəsinin akademiyasında Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Yenicag.az apa-ya istinadən bildirir ki, tədbirdə iştirak edən akademiyanın müəllim, müdavim və tələbələri faciə qurbanlarını 1 dəqiqəlik sükutla yad ediblər.
Akademiyanın rəis müavini İdris Cəfərov çıxış edərək faciə barədə məlumat verdikdən sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olunub.
Tədbirdə akademiyanın tələbəsi Elmir Seyfəddinli, müdavim Zübeydə Vəliyeva məruzə ilə çıxış ediblər. Məruzələrdə Xocalı faciəsinin səbəbləri, fevralın 25-dən 26-na keçən gecə şəhərdə baş verən hadisələr, dinc əhalinin başına gətirilən müsibətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu, yalnız Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı deyil, həm də bəşəriyyətə qarşı yönəlmiş vandalizmdir. Çıxışlarda o da qeyd edilib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi qiymət Heydər Əliyev tərəfindən verilib və məhz onun təşəbbüsündən sonra faciə beynəlxalq miqyasda təbliğ olunmağa və tanınmağa başlanıb.

Hazırda prezident İlham Əliyevin də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalandığı qeyd olunub. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Akademiyanın müdavimi Elşən Əlizadənin “Xocalı soyqırımı dünya mətbuatında” adlı məruzəsində isə, xüsusilə Avropa və Amerika mətbuatında faciə haqqında dərc olunan məlumatlar sitatlar əsasında təqdim olunub.

Akademiyanın rəis müavini Nizami Quliyev çıxış edərək ermənilərin Dağlıq Qarabağ və ümumiyyətlə Azərbaycan ərazisinə necə yerləşməsi, “Böyük Ermənistan” ideyalarını reallaşdırmaq üçün törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib.

Tədbir “Ümid sənədir, Azərbaycan əsgəri” adlı ədəbi kompozisiyanın nümayişi ilə başa çatıb.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv