DGK-da kadr dəyişikliyi – Rəşad Babayevə yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.