DGK-dan büdcəyə 244 milyon manat

Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 243 mln. 670,2 min manat təşkil edib.

Yenicag.az xəbər verir ki, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə daxilolmalar 16 mln. 20,3 min manat və ya 7,04% artıb, cari ilin avqust ayı ilə müqayisədə isə 36 mln. 458,20 min manat və ya 13,01% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 56 mln. 164,63 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 176 mln. 287,1 min manat, aksizlər üzrə 7 mln. 838,9 min manat, yol vergisi üzrə isə 3 mln. 379,6 min manat təşkil edib.

COP29