Türkiyədə bu gündən məscidlər tam açıldı

Türkiyədə bu gündən etibarən məscidlər tam açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaş məlumat verib.

Məlumata görə, bu gün səhər namazı məscidlərdə qılınıb.

Ə. Ərbaş bildirib ki, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etməklə sübh, günorta və axşam namazlarının qılınması üçün məscidlər açıq olacaq. 

Xatırladaq ki, Türkiyədə pandemiya səbəbindən martın 16-dan məscidlərə giriş qadağan edilmişdi.

COP29