Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Dialoqu oyuncağa çevirmək ağır nəticələr törədə bilər" - Siyavuş Novruzova cavab

Reklam: Sinerji Pro

“Nəticəsiz dialoq keçirməkdənsə, keçirməmək lazımdır”

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtidar-müxalifət dialoqonun olacağının siqnalını verən YAP-çı millət vəkili Siyavuş Novruzovun fikrinə münasibət bildirən Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu bildirib ki, dialoqu oyuncağa çevirmək cəmiyyət üçün ağır nəticələr törədə bilər:

“İqtidar-müxalifət dialoqu olacaqsa, gərək o dialoqun hədəfləri müəyyən olunsun. Nəticəsiz dialoq keçirməkdənsə, keçirməmək yaxşıdır. Dialoq cəmiyyəti inqilablardan sığortalayan, islahatların dinc və demokratik keçirilməsini təmin edən demokratik bir prosedurdur. Bunu oyuncağa çevirmək cəmiyyət üçün ağır nəticələr verə bilər”.

Qeyd edək ki, Siyavuş Novruzov prezidentin ictimai siyasi məsələlər üzrə müavini Əli Həsənovun iştirakı ilə siyasi partiyalar arasında dialoqun keçirildiyini deyib. O, bu dialoqun yenidən bərpa olunacağını sözlərinə əlavə edib. Siyavuş Novruzov dialoqda bir neçə partiya xaric, qeydiyyatdan keçmiş partiyaların iştirakının gözlənildiyini vurğulayıb.

Səxavət Məmməd

www.yenicag.az

5192
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM