Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

Reklam: High Technic

Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə bildirilir:

“Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutub.

Dünya dövlətlərinin susqunluğundan daha da azğınlaşan düşmən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər yaşayış məntəqələrini də artilleriya atəşinə tutur. Beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş raketlərlə mülki insanların hədəfə alınması nəticəsində, azyaşlı uşaqlarda daxil olmaqla, 69 nəfər vəfat edib, 305 nəfər yaralanıb, 2 247 fərdi yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb, 402 mülki obyekt dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən düşmən təxribatlarına layiqli cavab verilməkdədir. Müzəffər Ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edilir, şəhər və kəndlərimizdə üçrəngli bayrağımız dalğalanır.

Düşmənin təxribatlarından hiddətlənən soydaşlarımız, həm də şanlı Ordumuzun zəfərləri ilə qürur və fərəh hissi yaşayırlar. Təqdirəlayiq haldır ki, bu gün uşaqdan böyüyə hər bir soydaşımız, sülhsevər hər bir insan ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirir.

Hörmətli diaspor nümayəndələri, acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövlətinin, nəinki Azərbaycan ərazisində, eyni zamanda xarici ölkələrdə də həmvətənlərimizə, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor nümayəndələrinə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirməsi istisna edilmir. Uzun illərin təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə erməni diasporunun daha çox məskunlaşdığı ABŞ və Ermənistanın havadarı qismində çıxış edən Fransa kimi dövlətlərdə yaşayan soydaşlarımızı, eləcə də dost xalqların diaspor nümayəndələrini təxribatlara hazır olmağa və ehtiyatlı davranmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, sizləri ayıq-sayıq olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, xaricdəki Azərbaycan evlərinə və Azərbaycanlıların Koordinasiya Şuralarına müraciət etməyinizi tövsiyə edirik”.

www.yenicag.az

170