İstanbul hava limanında qalan 200 nəfər azərbaycanlıya Diasporla İş üzrə Dövlət Komitəsi dəstək verib.
Bu barədə Yenicag.az-a Diasporpress.az saytının baş redaktoru Toğrul Allahverdili məlumat verib.
Toğrul Allahverdili biıdirib ki, onlarla əlaqəyə çıxan Komitə İstanbul Hava Limanında qalan 200-ə yaxın vətəndaşımızı yeməklə təmin edib.
Komitə ilə yanaşı Azərbaycanın İstnbul konsulluğu da hava limanında qalan vətəndaşlarımızdan öz qayğısını əsirgəməyib.