!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspor lideri Yasamala icra başçısı gəlir?

!Reklam – Yazi

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Yasamal rayonuna icra başçısı təyin oluna bilər.

Yenicag.az xəbər verir ki, belə bir iddia ilə diaspor.az saytı çıxış edib. Saytın iddiasına görə, İbrahim Mehtiyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra Elmar Məmmədovun adı dövlət başçısına təqdim edilib:

“Təqdimat zamanı Elmar Məmmədovun uzun illər gördüyü çoxsaylı xidmətləri, Heydər Əliyev siyasətinə və İlham Əliyevə sadiqliyi qeyd olunub.

Eyni zamanda qeyd edilib ki, Elmar Məmmədov Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri olaraq Azərbaycan və Ukrayna hakimiyyəti arasında müəyyən rəğbət qazanıb”.

Xatırladaq ki, Elmar Məmmədov iyirmi beş il Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olub. XDMX-də son vəzifəsi isə nəzarət şöbəsinin rəisi vəzifəsi olub.

Yenicag.az

www.yenicag.az

1547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv