!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Diasporanın qapısını döyməmişdən öncə bu terminin nə olduğunu bilmək lazımdır” – Şamil Tağıyev

!Reklam – Yazi

 

12506579_766426756835085_1351246934_n Son zamanlar Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik fonunda bildiyiniz kimi, şimal ölkəsində bəzi araqarışdıran qüvvələr Dövlət Dumasında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cinayət məsuliyyətinin tətbiq edilməsi qanununu qəbul etdirmək istəyirlər. Bu isə Rusiyada yaşayan azərbaycanlıların narazılığına b olub. Burada yaşayan bir qrup tanınmış azərbaycanlı vlət Dumasın dri Narışkinə ktub ünvanlayaraq, belə bir qanunun bul etməyi klif ediblər. Lakin maraqlır ki, heç Rusiyada yaşayan n Azərbaycan diaspor təşkilatları bu addıstəkləyib.

Yenicag.az bu və digər məsələləri Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva nümayəndəliyinin icraçı direktoru, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun direktoru Şamil Tağıyevlə müzakirə edirik.  Bakıda səfəri əsnasında Yenicag.az saytının redaksiyasının qonağı olan Şamil Tağıyevlə söhbətimizə ilk son günlər Azərbaycanın bəzi KİV-də diaspora ilə bağlı yazılara münasibətini öyrənməklə başladıq.

 

– Son zamanlar Azərbaycanın Rusiyadakı diaspora fəaliyyətilə bağlı ciddi müzakirə və tənqidlər səslənir. Xüsusilə də buna Rusiyadakı məlum hadisələr səbəb olub. Bu barədə sizin mövqeyinizi bilmək istərdik.

– Hər bir diasporada, o cümlədən Azərbaycan diasporası arasında da belə problemlər zaman-zaman olmaqdadır. Hər bir insan istəyir ki, özünü göstərsin və gəlsin hansısa bir təşkilatın başında dayansın.  Amma kimsə hansısa bir diasporada rəhbər olmaq istəyirsə, intriqalarla yox, əməlləri, gördüyü işlərlə gündəmə gəlməlidir ki, Rusiyada yaşayan soydaşlarımız həmin insanları diaspora rəhbərliyində görməyə şad olsunlar. Bu barədə son dövrdə yazılan məlum məqalələrə gəlincə, birbaşa sifariş xarakteri daşıdığı müşahidə olunmaqdadır. Düzdür, səslənən problemlərin heç də hamısı üçün “yoxdur” demək də düz deyil, fəqət burada məqsəd o problemlərin həllinə çalışmaq deyil, başqa məsələdir. Demək olmaz ki, diaspora ideal bir təşkilatdır. Burada da problemlər, çatışmamazlıqlar mövcuddur və həmişə olacaq. Lakin bu problemlər dünən ortaya çıxmayıb, diaspora yaranandan vardır.  Dünyada ən güclü diasporanın yəhudi diasporası olduğu söylənilir, amma onlar daxilində də parçalanmalar çoxdur. Ona görə kimsə düşünürsə ki, Azərbaycan diasporasında da heç zaman intriqa olmayacaq, bu səhv  fikirdir.

– Azərbaycanın Rusiyadakı bu təşkilatları icma şəklində fəaliyyət göstərir yoxsa diaspora formasında?

– Rusiyada Azərbaycan icması, diasporası da var. Bunlar fərqli strukturlardır. Diaspora ancaq Azərbaycandan gəlib orada fəaliyyət göstərən insanların toplusudur. İcmalarda isə keçmişdən, imperiya və sovet dövründən orada qalıb nəsilləri olan, Rusiya vətəndaşı olan insanlar birləşib. İstər icmalar, istərsə də diaspor təşkilatları bu günkü gündə belə bir qərara gəlib ki, birləşsinlər, bir olsunlar. Keçirilən tədbirlərə Azərbaycan icmaları, diasporası, lokal təşkilatları, fondları birgə toplaşırlar. Bu da onu göstərir ki, artıq azərbaycanlılar ayrılıqda olmaqla bir iş görə bilməyəcəklərini başa düşüblər. Ona görə belə qərara gəliblər ki, buradakı soydaşlarımızın hansısa maraqlarını Rusiya Dövlət Duması və digər dövlət strukturlarına çatdırmağın daha asan olması üçün birləşib, güclü bir qüvvəyə çevrilsinlər. Orada birləşmiş güclü təşkilatımızın olması da görünür, erməni, rus, hətta azərbaycanlı olsun, bəzilərini qorxuya salır.

12321132_748039398673821_4230614436789989135_n– Maraqlı  bir məqama toxundunuz, deməli Azərbaycan diasporasının birləşməsini erməni və ruslarla bərabər bəzi azərbaycanlılar da istəmir?

– Belələri arasında azərbaycanlılar da var. Onlar içərisində elə insanlar var ki, hansısa şəxsi mənafelərinə görə istəmir ki, birlik olsun. Bunu heç kim inkar edə bilməz.

– Qarşıdan Xocalı soyqırımı ilə bağlı Azərbaycan diaspor təşkilatlarının aktiv olduğu bir dönəm gəlir. Ardınca da diasporanın qurultayı olacaq. Belə bir dönəmdə diaspora məsələsinin bu şəkildə qabardılması sizə elə gəlmirmi ki,  həm də bir müddət sonra baş verəcək o hadisələrə hesablanıb?

– Hər bir şey ola bilər. Bu yaxınlarda Dünya Azərbaycan Diaspor Təşkilatlarının qurultayı olacaq. Habelə, ondan öncə 20 Yanvar hadisəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək. Yəni, araları olmasa da azərbaycan diaspor təşkilatları aktiv impulsda belə bir anım, bayram tədbirlərində birləşirlər. Bir təşkilatçı olur, digər diaspor təşkilatları da həmin keçirilən tədbir içində birləşir, tədbirləri bir yerdə keçirirlər. Bu günkü gündə ki, ortalığa birləşmək ideyası gəlib, ola bilər qarşıdan gələn sözügedən tədbirlər də birləşmək ideyasına bir təkan versin və qurultayda da bir ideya formasında ortaya çıxıb dəstək qazansın.  Bu da ola bilər bir çox insanları qorxuya salıb. Ona görə də bu tipli məqalələri gündəmə gətirirlər.

– Bəzən diasporanın üzərinə daşıya biləcəyindən daha çox yük qoymaq istəyirik. Rusiya vətəndaşısınız, Azərbaycanla sadəcə mənəvi bağlılığınız var. Amma sizdən daha çox tələb edirik, nəinki özümüzdən.

12506918_766426783501749_419921611_n–  Adətən diasporanın qapısını döyməmişdən öncə bu terminin nə olduğunu bilmək lazımdır. Diaspora yunan sözü olub, dünyaya səpələnmək deməkdir. Bu qurumlar bəzi insanların düşündüyü kimi nə maliyyə qaynağı, nə də neft sahibləri deyillər ki, hər gələnə nəsə bir köməklik etsinlər. Diaspora qurumu bir beyin təşkilatıdır. Müxtəlif peşə sahibləri olan insanlar burada toplaşıb beyin mərkəzi yaradırlar ki, sabahı gün ora gələn hər bir azərbaycanlıya imkan daxilində  mənəvi və hüququ köməklik etsin.  Bəziləri isə düşünür ki, diaspora onların ailə, maddi problemlərini həll etməli, həm də hansısa cinayətə görə həbs olunublarsa, onları həbsdən azad etməlidirlər. Belədə bir çox insanlarımızda diaspora fəaliyyəti barədə düzgün fikir formalaşmayıb.

– Sizin bu ilki planlarınızı öyrənmək maraqlı olardı…

– Bildiyiniz kimi ötən ildən Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskv11217553_714374058707022_3643359753051401954_na nümayəndəliyinin icraçı direktoru vəzifəsində çalışıram. Ondan öncə Azərbaycan Mədəniyyətinin İntibahı və Dirçəlişi Fondunun direktoru idim. İndi də bu vəzifəni davam etdirirəm. Keçən ilki fəaliyyətimiz uğurlu oldu. Ən çox çalışdığımız işlər Rusiya təşkilatları ilə birgə tədbirlər, birgə layihələr həyata  keçirməkdən ibarətdir. Keçən ilin birinci layihəsi Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi ilə birgə həyata keçirildi. Ardınca İctimai Palata ilə də tədbirlərimiz oldu. Bunlar Rusiya təşkilatları ilə olan tədbirlərimiz idi. Rusiya Qafqazlıları konqresi ilə də əməkdaşlıq etdik. Keçən il gördüyümüz işləri Moskva şəhər hakimiyyəti yüksək qiymətləndirdi, təşkilat və şəxsən mən üç dəfə fəxri diplomla təltif edildik. Bu il çalışacağıq ki, keçən il gördüyümüz işləri 5-ə vuraraq daha çox işlər görə bilək və bu işləri tək Azərbaycan icması daxilində deyil, başqa millətlərin diaspor təşkilatları ilə də birgə görəcəyik.  Əsas işlərimiz gənclərin təhsil alması, maariflənməsi istiqamətindədir.


1010137_538237106320719_2600707109424029198_n– Bildiyiniz kimi, son zamanlar Rusiya Türkiyə münasibətləri gərginləşib. Azərbaycan da cənab prezidentin şəxsində bu gərginlikdən narahatlığını bildirdi. Rusiyada yaşayan azərbaycanlılar bu məsələdə hansı mövqedədir, ümumiyyətlə cərəyan edən bu prosesə necə baxırlar?

– Rusiya Türkiyə münasibətləri qlobal siyasətin təzahürüdür.  Burada ABŞ-la Rusiyanın maraqları çərçivəsində aparılan siyasət əsas rol oynayır. Türk və rus xalqı arasında heç bir problem yoxdur.  Bu xalqlar yenə də bir-birilə dostluq edir. Problem yuxarılardadır, prezidentlər arasındakı siyasi problemdir. Siyasi problem də gec-tez həllini tapacaq. Bu məsələdə Rusiyada yaşayan azərbaycanlılar bitərəf olmadılar, çalışdılar ki, düzgün analiz edib, düzgün də fikir bildirsinlər. İki dövlət arasında olan siyasi konflikt nəticəsində Rusiya Dövlət Dumasına qondarma erməni soyqırımını qəbul etməyənlərə qarşı cinayət işinin açılması ilə bağlı qanun layihəsi çıxarmaq istəyirlər. Buna qarşı Azərbaycan fəalları fikirlərini bildirərək, onun düzgün olmadığını qeyd etdilər. Rusiyadakı azərbaycanlı oliqarxlardan biri Fərhad Əhmədov birbaşa Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq, belə bir qanun qəbul olunarsa, Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edəcəyini bildirdi. Azərbaycanlılar hesab edirlər ki, siyasi konflikt siyasi müstəvidə də həll olunmalıdır və iki dövlət arasında mədəni münasibətlərə toxunmamalıdır.

– Rusiya Türkiyə münasibətlərinin gərginləşdiyi dönəmdə iki qüvvə həmin münasibətlərin daha da pisləşməsi üçün əlindən gələni etdiyinə dair məlumatlar var. Onlardan biri erməni  diasporudur. İkincisi isə orada fəaliyyətləri qadağan olunsa da, hələ də bir şəkildə mövcudiyyətlərini qoruyan Fətullah Gülənin Rusiyadakı müridləridir. Onlar da həm Türkiyə səfirliyinin “yumurtalanma”sında, həm də digər anti-türk fəaliyyətində ciddi şəkildə fəaliyyət göstərirlər.

– Bu doğrudur. Türkiyədə olduğu kimi Rusiyanın özündə də həmin təşkilat var və burada da onlar qanun çərçivəsindən uzaq bir təşkilatdır. Onlar Rusiyada ekstremist təşkilatlar sırasında yer alıb. Erməninin Azərbaycana qarşı törətdiyi təxribatlar ölkə içində narazılıqların artmasına yönəldiyi kimi,  Fətulla Gülən şəbəkəsi də çalışır ki, hansısa bir provakasiyalarla məşğul olsunlar. Putinlə Ərdoğanın baş-başa gəlməsində Gülənin də əli oldu ki, bu iki dövlət başçısı barışmaq əvəzinə, əksinə bir-birinə daha sərt münasibət bildirsinlər. Yəni, Rusiya daxilində də bu istiqamətdə təxribatlar oldu. Amma Rusiya dövlət orqanları da yəqin ki, bunu bilir və gələcəkdə belə provokasiyalara yol verilməsinə imkan yaratmazlar. Rusiyanın yaxın tarixinə baxsaq görərik ki, Türkiyə ilə olan indiki soyuq müharibə ötəri bir şeydir, hardasa iki dövlət başçısının bir-birilə anlaşılmazlığıdır və bu anlaşılmazlıq aradan qaldırıldıqca, kənar üçüncü qüvvə də prosesə heç bir təsir göstərə bilməyəcək.

Söhbətləşdi: Aqil ƏLƏSGƏR

 

 

 

 

 

 

www.yenicag.az

891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv