“Digər ölkələrin təcrübəsinə əsasən, karantinin uzadılması zəruridir” – Hikmət Hacıyev

“Xəstəliyə yoluxma halı və areal nəzarət altında saxlanılıb”.

Yenicag.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, mövcud şəraitdə ölkəmizdə koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarətdədir:

“Bu xəstəliyin qarşısının alınması üçün zəruri addımlar görülür. Koronavirus pandemiyası ilə bağlı digər ölkələrin təcrübəsinə əsasən, karantin hallarının uzadılması zəruri olur”.

Gülşən Şərif