!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diktatorun evindən insan parçaları tapıldı - FOTO

!Reklam – Yazi

Paraqvayın keçmiş diktatoru Alfredo Stroesnerə aid olan evin hamamının altından 4 fərqli insanın sümükləri tapılıb. Məsələ ilə bağlı araşdırma başladılıb.

Yenicag.az Guardian-a istinadən xəbər verir ki, Cənubi Amerikanın ən uzun müddətli diktatoru olan Alfredonun dövründə 423 nəfər səbəbi bilinməyən cinayətlərin qurbanı olub. Sümüklər Paraqvayda qazıntı işləri nəticəsində ortaya çıxıb.

Alfredonun dönəmində törədilmiş cinayətləri ortaya çıxarmaq üçün yaradılan qurumun rəhbəri Mariya Stella mövzu ilə əlaqədar açıqlamasında bunun insanlığa qarşı işlənmiş bir cinayət olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 1954-cü ildə hakimiyyətə gələn Alfredo Stroesner 35 il sonra həbs edilib və Braziliyaya sürgünə göndərilib. 2006-cı ildə isə sürgündə dünyasını dəyişib.

Asli İsmayılzade

www.yenicag.az

6644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv