!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Diktorun ayaq üstə dayanmağı yenilik deyil" - Siyavuş Novruzov İTV haqqında

!Reklam – Yazi

“Özəl kanallarda gedən əxlaqa zidd verilişlərlə bağlı irad bildirə bilmirik”.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İTV yayım şurasının yeni üzvlərinin təstiq olunmasının müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov maraqlı təkliflərlə yadda qalıb.

Siyavuş Novruzovun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən İTV azərbaycançılıq ideologiyasının ruporuna çevrilməlidir:

“Çox istərdik ki, İTV Azərbaycanın bütün bölgələrindən yerli adət-ənənələri daha çox tamaşaçıya çatdırsın və ümumiyyətlə, azərbaycançılıq ideologiyasının aparıcı ruporuna çevrilsin. Düzdür, bizim telekanallar xaricə yayımlanırlar, ancaq o biri kanallarda müasir musiqi, müasir filmlər və verilişlər nümayiş olunur. Ancaq biz Avropaya Azərbaycan mədəniyyətini təbliğ etməliyik. Bu işdə də İTV-nin üzərinə böyük iş düşür.

Özəl kanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda biz ona irad bildirə bilmirik. Bu, onların işidir, öz işlərini qurublar, reklamla öz büdcələrini təmin etməyə çalışırlar. Onların fəaliyyətində qanunsuzluq olanda Milli Televiziya və Radio Şurası öz mövqeyini bildirir. Çox vacibdir ki, telekanallarda keyfiyyət dəyişikliyi, ciddi yeniliklər baş versin. Diktorlar əvvəl otururdular, indi ayaq üstə veriliş aparırlar, paltarların dəyişirlər, studiyalar dəyişdirilir. Ancaq bunlar yenilik deyil. Yenilik düşüncədə, təfəkkürdə olmalıdır. Eyni zamanda yeni axtarışlar edilməli, keyfiyyətli verilişlər hazırlanıb tamaşaçılara çatdırılmalıdır. Bu zaman da köhnə təcrübədən mütləq istifadə olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

8490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv