!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarə Əliyevadan ultimatum: “Tutub onu saçlayaram”  

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva “Baldız” serialında canlandırdığı obrazının tamaşaçılar tərəfindən müzakirələrə səbəb olduğunu deyib.

Yenicag.az-a açıqlama verən aktrisa həyatda daha betər baldızların olduğunu söyləyir:

““Baldız” serialında mənim obrazıma baxanlar elə düşünür ki, bu, ssenaristin fantaziyasının məhsuludur. Amma həyatda o qədər elə amansız baldızlar var ki… Mən özüm də buna şahidəm. Yaxınlarda bir müğənninin müsahibəsini oxudum. Deyir, toya gedibmiş. Bir qız heç kimə macal verməyib, o müğənni ilə dalaşıb, bu müğənniyə söz atıb. Heç kimin ifasını bəyənməyib, qonaqlarla dalaşıb, axırda birini də tutub saçlayıb. Bəlli olub ki, bu qız bəyin bacısıdır. Yəni demək istəyirəm ki, həyatda mənim canlandırdığım baldızlardan da betərləri var. Hansı ki, sözün əsl mənasında gəlinlərə baldızlıq edirlər”.

Aktrisa özünün də baldız olduğunu deyib:

“Amma mən o qədər yaxşı baldızam ki, üzümü belə görmürlər. Üzümü görsələr, mən də tutub onu saçlayaram. Sadəcə, baldızlıq etməyə vaxtım yoxdur. Olsa, elə baldızlıq edərəm, canlandırdığım obraz yanımda yalan olar”.

Cəvahir

www.yenicag.az

6491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv